BİZNES

Azərbancan ən çox bu Avropa ölkəsinə məhsul ixrac edib
11 YANVAR
510

Azərbancan ən çox bu Avropa ölkəsinə məhsul ixrac edib

2018-01-11 14:03:00

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirərək 113 ölkəyə məhsul ixrac olunub. Fins.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19459,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12500,6 milyon dollar, idxalın dəyəri 6958,4 milyon dollar təşkil edib. Nəticədə 5542,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artıb, real ifadədə isə 12,0 faiz, o cümlədən ixrac 8,1 faiz, idxal 18,0 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 22,9 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 5,0 faizini Rusiyaya, hər biri 4,9 faiz olmaqla  İsrail və Çexiyaya, 4,8 faizini Çinə, 4,2 faizini Gürcüstana, 4,0 faizini Kanadaya, 3,8 faizini Portuqaliyaya, 3,7 faizini Almaniyaya, hər biri 3,0 faiz olmaqla Hindistan və Tayvana (Çinin əyaləti), 2,5 faizini İndoneziyaya, qalan  20,6  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256