BİZNES

“Litva Respublikası: İnvestisiya və İxrac İmkanları” adlı tədbir keçirilib
24 NOYABR
254

“Litva Respublikası: İnvestisiya və İxrac İmkanları” adlı tədbir keçirilib

2017-11-24 10:52:00
23 noyabr 2017-ci il tarixdə Caspian Legal Center ("CLC") tərəfindən DEMİRCHİ TOWER Biznes Mərkəzində “Litva Respublikası: İnvestisiya və İxrac İmkanları” adlı tədbir keçirilmişdir.
Tədbirdə açılışı "CLC"-nin idarəedici partnyoru Cavid Yusifov edərək iştirakçıları salamladıqdan sonra "CLC"-nin partnyoru Fərid Nəbili "CLC" və göstərdiyi xidmətlər barədə iştirakçıları məlumatlandırmış, Litva və Azərbaycan  əməkdaşlığı, bu sahədə olan sazişlərə dair təqdimatla çıxış etmişdir.
Daha sonra, Litvanın Azərbaycan və Türkmənistandakı Səfirliyinin nümayəndəsi xanım Dalija Ignataviciute çıxış etmiş və Litvadakı  investisiya imkanları, ölkənin iqtisadi vəziyyəti barədə iştirakçılara məlumat vermişdir.
"CLC" tərəfindən Litva Respublikasından dəvət edilmiş və bu sahə üzrə təcrübəli hüquqşünas, hüquq elmləri doktoru xanım Zivile Stubryte öz təqdimatı ilə çıxış etmiş və təqdimatında Litva Respublikasına ixrac, həmçinin biznes imkanları və üstünlükləri barədə məlumatlar, daşınmaz əmlak sahəsində investisiya imkanları haqqında informasiya və praktiki təkliflər vermişdir.
"TÜV Austria Azerbaijan" şirkətinin nümayəndəsi Mustafa Perçinçek şirkətləri tərəfindən yerinə yetirilən əsas xidmətlər barədə çıxış etmiş, sonda isə iştirakçılar maraq doğuran nüanslar barədə öz suallarını vermiş,  bu barədə müzakirələrdən sonra tədbir yekunlaşmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289