BİZNES

Milyard dollarlıq şirkət yaratmağın yolları
22 NOYABR
336

Milyard dollarlıq şirkət yaratmağın yolları

2017-11-22 16:36:00

Ənənəvi üsullarla istehsal edilən, lokal və yüksək keyfiyyətli mənasını verən “craft” pivə mədəniyyətinin ən tanınmış nümayəndələrindən The Boston Beer şirkətinin qurucusu və CEO-su Jim Koch onu müvəffəqiyyətə aparan sirlərini paylaşıb.

Qurduğu şirkətlə 30 ildə 2 milyard dollarlıq sərvətə çatan Koch Amerika pivə sektorunun 1 faizlik hissəsinə sahibdir.

ABŞ-da craft pivə mədəniyyətini inkişaf etdirən və illik 960 milyon dollarlıq gəlirə sahib olan bir şirkəti idarə edən Koch belə bir şirkəti yaratmağın yollarını izah edib:

1. Müvəffəqiyyətə gedən yolda yeniliklər etmək lazımdır

Kocha görə uğur qazanmağın əsas amillərindən biri innovasiyadır. Koch istehsal etdikləri pivələrin dadında daim dəyişikliklər edərək yeni dadlar yaratdıqlarını söyləyir.

2. Fərqli düşünən insanları işə götürün

Koch müsahibə zamanı sadə CV-ləri ideal görünüşlü CV’lərə nəzərən üstün hesab etdiyini söyləyir. Fərqli insanların şirkət mədəniyyətinə enerji və yenilik gətirəcəyini düşünən Koch “Bütün şirkəti belə insanlar olmadan yarada bilərsiniz amma onlarsız yalnız standart işlər görən bir şirkət sahibi olarsınız” deyir.

Kochun prioritet hesab etdiyi xüsusiyyətlərdən biri də işə götürəcəyi adamın mühafizəkar olmamasıdır.

Koch şirkətini qurduqdan sonra işə götürdüyü katibi Rhonda Kallmanı belə izah edir: “Ali təhsilli deyildi amma qabiliyyətli, bacarıqlı, enerjili, ağıllı, ehtiraslı və özünü işinə həsr edən bir işçi idi. Eyni zamanda əyləncəli idi.”

3. Müştəri təcrübəsini anlamaq

Kocha görə craft pivə istehsalının ən vacib nöqtəsi müştəriləri nəzərə almaqdır. Koch, 10 il əvvəl müştərilərinin ənənəvi yarım litrlik pivə stəkanlarını heç sevmədiklərini başa düşüb. “Bu stəkanlar pivənin aromasını yox edib, sürətlə istiləşməsinə gətirib çıxarırdı” deyən Koch üç mütəxəssislə çalışaraq ən uyğun pivə stəkanını yaratdıqlarını söyləyir.

4. Craft mədəniyyəti yaratmaq

İşçilərin özlərini şirkətin bir fərdi olaraq görməsinin çox əhəmiyyətli olduğunu söyləyən Koch bunu izah edir: “15 il əvvəl çalışanlara evdəki mətbəxlərində öz pivələrini istehsal edə bilmək üçün bir set verdik. Hər il bir yarışma edərək ən yaxşı ev istehsalı pivəni seçirik. Qazanan pivə istehsal edilərək ölkə səviyyəsində paylanır və şüşənin üzərində işçinin adı yazılır və fotoşəkili yapışdırılır.”

5. Ənənələrə sadiq qalmaq

“Yeniliklər etsək də ənənələrə sadiq qalan bir şirkətik. Amerikanın ən yaxşı pivəsi mükafatını ilk dəfə 1985-ci ildə almışıq. Şirkət yalnız bu il festivallar və yarışlarda 500-dən çox mükafat qazanıb.”

© bizplus

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289