BİZNES

JTI şirkəti: İdxal aksiz dərəcələrinin artırılması siqaret qaçaqmalçılığını genişləndirəcək
15 NOYABR
127

JTI şirkəti: İdxal aksiz dərəcələrinin artırılması siqaret qaçaqmalçılığını genişləndirəcək

2017-11-15 11:02:00

"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycan nümayəndəliyi yeni ildən ölkədə idxal tütün məhsullarına aksiz dərəcələrinin bir neçə dəfə artırılmasının mənfi nəticələrə gətirib çıxara biləcəyini düşünür.

JTI şirkətinin Bakı ofisindən bildirilib ki, bunun nəticəsində daxili bazarda qaçılmaz olan qiymət artımı qanuni siqaret dövriyyəsini azalda və qaçaqmalçılığı genişləndirə bilər: "Nəticədə, dövlət büdcəsinə gözlənilən daxilolmalar azalacaq, istehlakçılar isə keyfiyyətsiz və mənşəyi məlum olmayan daha ucuz "kontrabanda" məhsullarına keçəcəklər".

"Azərbaycanda tütün bazarı üçün vergi və qiymət artımı şoklarının qarşısının alınması, biznesin dayanıqlı inkişafı üçün əlverişli şəraitin yaradılması və tütün məhsullarının qaçaqmalçılıq riskinin azaldılması baxımından ortamüddətli aksiz planının olması zəruridir", - şirkətdən qeyd olunub.

Bununla yanaşı, bildirilib ki, "Nielsen" beynəlxalq marketinq şirkətinin Azərbaycanda apardığı son araşdırmaların nəticələrinə əsasən, 2017-ci ilin iyul ayında daxili bazarda qanunsuz siqaretlərin payı 13,9%-ə çatıb.

"Gürcüstanın 2005-ci ildəki acı təcrübəsi, habelə digər ölkələrin təcrübəsi göstərir ki, aksiz vergilərinin çox artırılması qanuni siqaret istehlakı və vergi gəlirlərinə mənfi təsir edir. Məsələn, 2002-2006-cı illərdə Almaniyada aksiz vergisinin xeyli artırılması qanuni yolla istehsal və idxal edilən siqaretlərin istehlakını və bunun nəticəsində vergi daxilolmalarını azaldıb. Əvəzində, qaçaqmalı yolu ilə gətirilən siqaretlərin bazarda payı 20%-ə çatıb. 2007-2009-cu illərdə hökumət bu siyasətin ziyanlı olduğunu anlayaraq, aksiz vegilərinin artırılmasını dayandırıb və bununla da qanunsuz siqaret bazarının daha da genişlənməsinin qarşısını alıb", - "JTI Azerbaijan"dan əlavə olunub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287