BİZNES

İtaliyanın məşhur şokolad istehsalçısı Azərbaycan fındığına maraq göstərir
09 AVQUST
277

İtaliyanın məşhur şokolad istehsalçısı Azərbaycan fındığına maraq göstərir

2017-08-09 15:19:00

 Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İtaliyanın "Ferrero" şirkətinin aqrobiznes əlaqələndircisi Daniyel Delaça (Daniel Dellacha) ilə görüşüb. Nazirlikdən Fins.az-a daxil olan məlumata görə, görüşün məqsədi Azərbaycanda fındıqçılığin inkişaf etdirilməsi, əməkdaşlığın qurulması ilə bağlı müzkirələrin aparılması olub.

H.Əsədov bildirib ki, ölkədə fındıqçılığın inkişafı üçün böyük potensial var, fermer və sahibkarlar ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə, fındıq bağlarının salınmasına böyük maraq göstərirlər. Ümumiyyətlə, ölkənin coğrafi-iqlim şəraiti bu sahənin inkşafı üçün əlverişlidir.

“Fındıq istehsalı kənd təsərrüfatının inkşafında önəmli rol oynayır. Bununla yanaşı, məhsulun artırılması məqsədi ilə dövlət tərəfindən fındıq istehsalçılarına güzəştli kreditlər verilir, fındıq pöhrələri alınaraq fermerlərə pulsuz paylanılır. Bu isə yeni bağların salınmasına, fındıq istehsalının daha da artırılmasına geniş imkanlar açır”, - deyə nazir əlavə edib.

D.Delaça təmsil etdiyi şirkətin Azərbaycanda fındıqçılığın inkişafına önəm verdiyini və bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288