BİZNES

Prezident müasir siqaret fabriklərinin yaradılması barədə tapşırıq verdi
04 AVQUST
293

Prezident müasir siqaret fabriklərinin yaradılması barədə tapşırıq verdi

2017-08-04 14:23:00

"Ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır".

Fins.az xəbər verir ki, bunu Avqustun 4-də Qaxda keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı bildirib ki, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafına böyük dəstək və diqqət var.

Qarşıda duran vəzifələrdən danışarkən Prezident İlham Əliyev vurğuladı ki, dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək.

Qeyd olunan sahələrlə bağlı sovet və müstəqillik dövrlərində əldə olunan nəticələrin statistikasına nəzər salan Prezident İlham Əliyev artıq 13 rayonda tütün əkininin aparıldığını bildirib və qeyd edib ki, tütün istehsalçılarına güzəştli kreditlər verilməli, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalı, 2021-ci ilə qədər tütün əkini genişləndirilməlidir.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288