BİZNES

Azərbaycanın istehlak bazarı artıb
19 İYUN
251

Azərbaycanın istehlak bazarı artıb

2017-06-19 15:55:00

2017-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 16,4 mlrd. manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5% artıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-may aylarının səviyyəsini real ifadədə 1,8% üstələyərək 15 mlrd. 755,8 mln. manata bərabər olub, 50,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 338,2 manatlıq və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285