BİZNES

“Domino`s Pizza” özünü 422 milyon dollara qiymətləndirdi
19 İYUN
155

“Domino`s Pizza” özünü 422 milyon dollara qiymətləndirdi

2017-06-19 09:25:00
“Domino`s Pizza” beynəlxalq fast-food şəbəkəsinin türk səhmdarı London Birjasında İPO öncəsi bir səhmini 2-2.3 funt səviyyəsində təyin edib. Fins.az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bununla bazar kapitallaşması 331 milyon funt (422 milyon dollar) təşkil edə bilər.
Səhmlərin ictimai yerləşdirməsinin koordinatoru və bukrannerı “Morgan Stanely”dir. Qiymətli kağızların son dəyəri iyunun 28 elan ediləcək.
Ümumi “Domino`s Pizza” brendi altında 571 restoran fəaliyyət göstərir, onların çox hissəsi Türkiyədə, qalanı isə Azərbacan, Rusiya və Gürcüstandadır.
2017-ci ildə şirkət daha 70 restoran açmaq niyyətindədir, 30-unu Türkiyə, Azərbaycan və Gürcüstanda, 40-nı isə Rusiyada. Bundan başqa, “Domino`s Pizza” yaxın perspektivdə ildə 70-dən 90-dək yeni obyekt açmaq planlaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285