BİZNES

Şirkətlərin 44%-i dörd ildən sonra bağlanır
07 OKTYABR
314

Şirkətlərin 44%-i dörd ildən sonra bağlanır

2016-10-07 15:02:00

Sahibkarlıq təcrübəsi göstərir ki, şəxsi biznesin qurulmasından sonra ən çətin müddət növbəti bir neçə ildir. Bunun əsas səbəbi isə yeni müqavilələrin axtarışı, xidmət və ya məhsulun satışının qurulması, eyni zamanda biznes-proseslərin sistemləşdirilməsidir. Lakin, iddialı insanları bu amillər belə qorxutmur və onlar kiməsə işləməkdən can qurtarıb, öz şəxsi işlərini (biznes) təsis edirlər.

Fins.az xarici mətbuata istinadən biznes inkişafına aid bəzi statistik məlumatları oxucularının diqqətinə çatdırır. Təqdim olunan rəqəmlər bəzi sahibklarları isti baş əvəzinə, soyuq məntiqlə düşünməyə vadar edəcək, digər iddialı sahibkarları isə ilk dövrün çətinliklərini dəf etməyə stimullaşdıracaq.

“Statistic Brain” tərəfindən toplanılmış statistikaya əsasən ABŞ-da təsis edilmiş yeni sahibkarlıq növlərinin 25% elə ilk fəaliyyət ilində uğursuzluqla yekunlaşır. 36% iki ilə qədər fəaliyyət göstərir, 44% isə üç ildən sonra bağlanır. 

Eyni zamanda, yeni bizneslər üzrə statistikaya nəzər yetirsək aydın olur ki, ancaq maliyyə və sığorta istiqamətlərində təsis edilmiş yeni biznes bazarda 4 illik fəaliyyət baryerini aşa bilir. Ən aşığı göstəricilər isə kommunikasiya və media istiqamətində qurulmuş biznesə aiddir. Statistik məlumatlar Bredli Universitetinin “Small Business Development Center” Mərkəzinin və Tennessi Universitetinin araşdırmalarına əsasən təqdim olunub.

Bu istiqamətdə startapların uğursuzluqlarla üzləşməsinin əsas səbələri aşağıda göstərilib. 

Sahəsindən asılı olaraq dörd ildən artıq bazarda qalan bizneslərin göstəriciləri

Sahə

Başlanğıc tarixindən bəri 4 il işləyən bizneslər

Maliyyə/Sığorta/Daşınmaz əmlak

58%

Təhsil/Səhiyyə

56%

Kənd təsərrüfatı

56%

Xidmətlər

55%

Topdansatış

54%

Dağ-mədən işi

51%

İstehsal

49%

Tikinti

47%

Pərakəndə satış

47%

Nəqliyyat kommunikasiya

45%

İnformasiya

37%

Araşdırmaların nəticələrinə görə, bazarda 5 il mövcudluqdan sonra ən çox “sağ qalma” göstəricisi dini layihələrə (bizneslərə) aiddir. Onlarından ardınca mənzil tikintisi, kənd təsərrüfatı, tibbi xidmət layihələri gəlir. Ən aşağı göstərici isə istilik sistemləri, su təchizatı, klimat-kontrol, ərzaq mağazaları, restoran və yükdaşımalarına aiddir

Bazarda mövcudluq müddətindən asılı olaraq uğursuzluqla yekunlaşmış biznesin göstəriciləri

Müddət (il)

Bu etapda uğurzsuzluqla yekunlaşmış bizneslər

Bir il

25%

İki il

36%

Üç il

44%

Dörd il

50%

Beş il

55%

Altı il

60%

Yeddi il

63%

Səkkiz il

66%

Doqquz il

69%

On il

71%

Şirkətlərin əsas uğursuzluq səbəbləri:

Əəsas səbəb

Bu səbəbə görə uğursuzluqla üzləşmiş şirkətlərin göstəricisi

ƏƏlavə səhvlər

 

 

Qeyri-peşəkarlıq

 

46%

 

Əsassız qiymət siyasəti; biznes gəlirlərinə uyğun olmayan dəbdəbəli həyat tərzi; vergidən yayınma; kifayət qədər planlaşdırmanın olmaması; qeyri-kafi maliyyə bilikləri

 

Müvafiq sahəyə uyğun kifayət qədər rəhbərlik təcrübəsinin olmaması,

 

30%

 

Kreditlərin rəsmiləşdirilməsi zamanı buraxılmış səhvlər; sürətli artım

 

Sahədə kifayət qədər iş təcrübəsinin olmaması (əsas da məhsul və xidmətlər sahəsinə aiddir)

 

11%

 

təchizatçılarla zəif əlaqə; düzgün sərf olunmamış marketinq büdcəsi

 

Layihəyə diqqətsizlik, 1% fırıldaqçılıq, fors-major hallar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272