BİZNES

“SOCAR Romania”nın ticarət dövriyyəsi – AÇIQLANDI
21 SENTYABR
308

“SOCAR Romania”nın ticarət dövriyyəsi – AÇIQLANDI

2016-09-21 11:58:00

SOCAR-ın Rumıniyadakı törəməsi - “SOCAR Romania” şirkəti  - 2011-2015-ci illər ərzində ticarət dövriyyəsi 495 mln. avro təşkil edib. Bu barədə Fins.az şirkətin rəhbəri Həmzə Kərimova istinadən xəbər verir.

Məlumata əsasən, 2015-ci ilin sonuna SOCAR-ın Rumıniyada YDM şəbəkəsinin yaradılması və genişləndirilməsinə yatırdığı investisiyaların həcmi 64 mln. avro təşkil edib. Ümumilikdə, beş illik fəaliyyət dövrü ərzində (2011-2015-ci illər) “SOCAR Romania”nın ticarət dövriyyəsi 495 mln. avro təşkil edib.

H.Kerimovun sözlərinə görə, şirkət son 2 ildə mənfəətlə işləyib və hazırda Rumıniyanın 16 dairəsində “SOCAR” brendi ilə 34 YDM fəaliyyət göstərir. Hər ay şirkət bu ölkədə 12-15 min tondan artıq neft məhsulları satır.

"Yaxın günlərdə Buxarestdə sayca 3-cü “SOCAR” brendi ilə 35-ci YDM-nin açılışı olacaq. 2017-ci ildə daha 10 YDM açmaq planlaşdırılır”.

Şirkət rəhbəri bildirib ki, SOCAR perspektivdə Rusmıniyada öz YDM-lərinin sayını 100-ə və bununla da avtomobil yanacaqdoldurma xidmətləri bazarında iştirak payını 10%-ə çatdırmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270