BİZNES

İrandan Azərbaycana gətirilən mallar çoxalıb
19 SENTYABR
270

İrandan Azərbaycana gətirilən mallar çoxalıb

2016-09-19 14:45:00
Bu gün Bakıda II "İran Project" sərgisi işinə başlayıb.

Fins.az APA-ya istinadən xəbər verir ki, sərgidə İranın neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika, su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə şirkətləri öz məhsullarını nümayiş etdirilir.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev açıqlamasında bildirib ki, sərgidə 50-dən çox İran şirkəti iştirak edir. "Ümumiyyətlə, bu cür tədbirlər iqtisadi əlaqələrin genişlənməsi, ticarət və investisiya əməkdaşlığının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir", - deyə nazir müavini qeyd edib.
 
Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrə toxunan S. Babayev qeyd edib ki, cari ilin 7 ayı ərzində ticarət dövriyyəsi 70% artıb: "Azərbaycandan İrana ixracın həcmi ikiqat artdığı halda, qonşu ölkədən Azərbaycana idxalın həcmi 58% artıb".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275