BİZNES

Azərbaycanın daha 4 şirkəti Rusiyaya ixrac hüququ qazandı
24 AVQUST
304

Azərbaycanın daha 4 şirkəti Rusiyaya ixrac hüququ qazandı

2016-08-24 09:38:00

Azərbaycan daha 4 şirkətinin adı Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin reyestrinə daxil edilib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın “Biləsuvar Aqro”, “Pal Süd”,  “Səhliyalı”,  Qəbələ Quşçuluq Fabrikinə öz məhsullarını bu ölkəyə ixracı üçün sertifikat verib . 

“Biləsuvar Aqro” və “Pal Süd” süd və süd məhsulları, “Səhliyalı”  ət və ət məhsulları, Qəbələ Quşçuluq Fabriki (Qəbələ Premium) isə quş əti istehsalçısıdır.

Bu sertifikat həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır. Şirkətlərə icazə 11 Avqust 2016-cı il tarixində verilib.

Xidmət ötən ilin Mart ayında “Ucar Aqro”ya, “Milk Pro”ya, “Atena”ya, “AZFPCO”ya (Milla), May ayında “Gəncə Süd”ə, İyul ayında  “Dəvəçi Broyler” ASC  (Səba quş əti),  “Kaspian Fiş Ko” şirkətinə, Bu ilin Fevral ayında isə “Zəhmət Ruzi” şirkətinə icazə vermişdi.

Qeyd edək ki, ötən il Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycana səfər edib və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparmışdılar.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274