BİZNES

Sahibkarlarımız Moskva sərgisinə dəvət olunublar
11 AVQUST
120

Sahibkarlarımız Moskva sərgisinə dəvət olunublar

2016-08-11 17:50:00

Bu il sentyabrın 13-15-də Moskvada "İmportozameşeniye" adlı ikinci beynəlxalq ixtisaslaşdırılmış sərgi açılacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, sərgidə Rusiya şirkətləri ilə yanaşı, xarici şirkətlər qismində Çin, Belarus və Tacikistanı təmsil edən şirkətlərin məhsullarının nümayişi gözlənilir. Həmçinin sərginin 2-ci əsas hissəsini 8 "dəyirmi masa", 170-ə yaxın məruzə, Rusiyanın dövlət qurumları və yerli hakimiyyət orqanlarının çıxışlarından ibarət biznes proqramlar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270