BİZNES

Azərbaycanda balıq konservi zavodu tikiləcək
05 İYUL
412

Azərbaycanda balıq konservi zavodu tikiləcək

2016-07-05 14:56:00

Sahibkarlar Neftçala Sənaye Məhəlləsi ərazisində məhsullarının istehsalına 2016-cı ilin yayında başlaya bilərlər.

Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, daha 8 sahibkar sənaye məhəlləsinin rezidenti olmaq üçün müraciət edib və hazırda onların müraciətinə baxılır: "Xarici sərmayədarlarla müzakirələr aparılır. Xüsusilə qeyd etmək istəyirəm ki, burada (Neftçala sənaye məhəlləsində) avtomobil istehsalı yaradılacaq. Həmçinin balıq konservləşdirilməsi zavodunun yaradılması müzakirə olunur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270