BİZNES

5 kənd üçün biznes quruldu -YENİLİK
06 İYUN
216

5 kənd üçün biznes quruldu -YENİLİK

2016-06-06 17:45:00

Regionlarda kənd sakinlərinin məşğulluğunu artırmaq və daha da faydalı olmasına tardım etmək məqsədilə layihələr gerçəkləşir. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində Masallı rayonunda inkubator cücə sexi təşkil edilib. 

Fins.az-ın məlumatına görə, layihə 5 kəndi- Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli, Balatəklə və İmanlı kəndlərini əhatə edir. Araşdırmalar nəticəsində bəlli olub ki, həmin ərazidəki icmalarda quşçuluğun inkişafına böyük ehtiyac və potensial vardır. Bu kəndlərdə əhali sayı ümumilikdə 4 min 899 nəfər, təsərrüfat sayı 1148 ailə, ərazi 2 min 156 hektardır. Ona görə də mütəxəssislər məhz bu ərazidə inkubator sexinin yaradılmasına qərar veriblər.

Layihə çərçivəsində  eni 8 m, uzunluğu 22,6 m olan inkubator sexi üçün 5 otaqlı bina tikilib. Torlu hasarla əhatə olunan həyətdə 2 tonluq su çəni estakada ilə birlikdə quraşdırılıb, sanitar qovşağı və çirkab quyusu tikilib. Bina həmçinin elektrik generatoru ilə təmin olunub. Layihəyə, əsasən, qadınlar cəlb edilib. Sexdə bir dəfəyə cəmi 5 min 120 cücə istehsal edən, hər birinin 1280 yumurta tutumu olan 5 inkubator şkafı qurulub.

Bundan əvvəl isə kənd sakinləri cücə almaq və inkubator xidmətlərindən istifadə etmək üçün rayon mərkəzinə getməli olurdular. Bu isə əlavə xərclərin ortaya çıxması deməkdir. Hesablamalara görə, icmaya daxil olan hər ailə ildə  kənardan 100-ə yaxın cücə alır. Bu o deməkdir ki, icmaların illik tələbatı 114 min 800 cücədir.

Yeni sexin əlçatanlığı kəndliləri əlavə xərclərdən azad edəcək. Eyni zamanda burada cücənin satış qiyməti də ucuz olacaq. Sex hər ay icma sakinlərindən  18 qəpikdən  9 min 600 yumurta qəbul edəcək. Burada istehsal olunan sağlam cücələri icma üzvlərinə 40  qəpikdən satacaq. Yekun nəticədə, icma öz istehsal sahəsini yaratmaqla öz bazarını qurmuş olacaq, xərcləri azaldacaq və icma inkişafı üzrə özünü daha da təkmiləşdiəcək. Yaradılacaq inkubator sexi tələbatın tam ödənilməsinə imkan verəcək.

Qeyd edək ki, Masallıdakı inkubator sexi digər rayonlardakı icmalar üçün bir nümunədir. Kənd sakinləri mövcud resurslarını birləşdirərək məşğulluğun təmin olunmasına, gəlirlərin artmasına nail la bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275