BİZNES

"Devalvasiya həmişə xeyirli olmur" – EKSPERT
26 MAY
624

"Devalvasiya həmişə xeyirli olmur" – EKSPERT

2016-05-26 13:04:00

Milli valyutanın dəyərsizləşdirilməsi heç də həmişə müsbət nəticələr vermir. Fins.az xəbər verir ki, bunu “Gələcəyə baxış: Azərbaycanın bank sektorunun üzləşdiyi risklər və çağırışlar” adı altında risklərin idarəedilməsi forumunda Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Risk ekspertləri qrupunun sədri Elman Sadıqov deyib: “İndiyədək biz valyuta müharibəsi sözünü eşidəndə bu, bizə yad gəlirdi. Amma son böhran valyuta müharibəsinin çətin olduğunu və Azərbaycanda onun təzahürlərini göstərdi”.

E.Sadıqovun sözlərinə görə, valyuta idarə olunmayan formada dəyərsizləşəndə onun mənfi nəticələri daha böyük olur: “Ölkələr öz valyutalarını dəyərsizləşdirirlər ki, ixracı stimullaşdırsınlar. Amma bəzi hallarda bu addım birdən-birə və idarə olunmayan şəkildə baş verirsə, ilk növbədə iqtisadiyyata mənfi təsir edir”.

Ekspert bildirib ki, əslində manatı o qədər «nəzarətdə» saxlamağa ehtiyac yox idi: «Əgər hadisələrin xronologiyaların izləsək, görərik ki, Rusiya daha çevik maliyyə siyasəti yürüdərək rublu daha tez «buraxdı».

«Hazırda da mən bu siyasəti (manatın nəzarətdə saxlanmasını) müşahidə edirəm, amma hesab edirəm ki, devalvasiyadan qorxmaq lazım deyil. Çünki devalvasiyanın mənfi tərəfləri ilə yanaşı, müsbət tərəfləri də var. İlk növbədə bu ixracı stimullaşdırmaq üçün imkanlar yaradır. Azərbaycanın timsalında isə hesab edirəm ki, bu ölkənin valyuta ehtiyatlarının qorunmasına, eyni zamanda qeyri- neft sektorunun inkişafına şərait yaradacaq»-deyə E.Sadıqov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272