BİZNES

«Sahibkarlar dövlətin etibarından sui-istifadə edirlər» – KOMİTƏ SƏDRİ
10 MAY
359

«Sahibkarlar dövlətin etibarından sui-istifadə edirlər» – KOMİTƏ SƏDRİ

2016-05-10 10:36:00

Azərbaycanda elə sahibkarlar var ki, yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz məhsul istehsal edirlər. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

R.Həsənov bildirib ki, bəzi iş adamlarından məhsulların keyfiyyəti ilə bağlı bizə şikayətlər daxil olur: «Biz də bunu araşdırıb, mətbuata məlumat veririk».

Komitə sədri xatırladıb ki, yanacaqdoldurma məntəqələri, ərzaq məhsullarının istehsalı və sairə sahələrlə vəziyyət açıqlanıb, amma şikayətlər hər bir sahədən olur. «Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları bərpa edəcəkmi» sualına cavab olaraq komitə sədri yoxlamaların dayandırılmadığını açıqlayıb: «Biz yalnız kütləvi formada olan yoxlamaları dayandırmışıq, monitorinqlər aparırıq. Müəssisəni narahat etmədən bazarda monitorinq aparıb, olan nöqsanları aşkarlayıb, müvafiq tədbirlər görürük».

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270