BİZNES

Azərbaycan-Gürcüstan sərhəddindən keşmək asanlaşacaq
05 MAY
590

Azərbaycan-Gürcüstan sərhəddindən keşmək asanlaşacaq

2016-05-05 12:30:00

Mayın 5-də Azərbaycan və Gürcüstan arasındakı sərhəd keçid məntəqəsinin inkişaf etdirilməsinə dəstək üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi və Dövlət Gömrük Komitəsinin birgə layihəsinə start verilib.

Layihənin büdcəsi 3 milyon dollar dəyərindədir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihə əsasən Qırmızı Körpü sərhəd keçid məntəqəsində həyata keçiriləcək.

Tədbirdə Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin, eləcə də Avropa İttifaqı nümayəndəliyinin, diplomatik korpusun və BMTİP-nin hər iki ölkədəki ofislərinin nümayəndələri iştirak edir.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev layihənin Azərbaycan üçün iqtisadi səmərəliliyini, rəqabət və bilik əsaslı inkişafı üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

BMTİP-in Rezidenti Nümayəndəsi Qulam İsakzai layihənin BMT-nin Dayanıqlı Inkişaf Məqsədləri ilə uyğunluğunu yüksək qiymətləndirib.

“Bu layihə Avropa ittifaqının dəstəyi ilə keçirilən unikal layihədir və layihədə tərəfdaş olmaq bizim üçün vacib öhdəlikdir. Layihə Gürcüstanın Gəlirlər Xidməti və Gömrük Xidmətinin inkişafı üçün təkan verəcək”, - deyə Qulam İsakzai vurğulayıb.

Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd keçid məntəqəsinin təkmilləşdirilməsinə dəstək” layihəsinin ümumi məqsədi hədəf ölkələr və Aİ-yə üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi vasitəsilə sərhədlərin təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, layihədə Azərbaycan və Gürcüstan arasında malların keçidinin sürətləndirməsi əsas prioritetlərdən olacaq. Layihənin əsas diqqət mərkəzində hər iki ölkə üçün əhəmiyyətli olan sanitar və fito-sanitar tədbirlər yer tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274