BİZNES

"Şəffaf məhkəmə lazımdır" – BİZNES ÜÇÜN TƏKLİFLƏR
26 APREL
395

"Şəffaf məhkəmə lazımdır" – BİZNES ÜÇÜN TƏKLİFLƏR

2016-04-26 14:41:00

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycan hökumətinə sahibkarlığın 3 istiqamətdə inkişafı ilə bağlı təkliflər hazırlayıb. Fins.az xəbər verir ki, bu barədə BMK-nın Bakı ofisinin rəhbəri Aliyə Əzimova bildirib. Onun sözlərinə görə, təkliflər ilk növbədə ikinci dərəcəli dövlət xidmətlərinin (infratrukturun inkişafı: yollar, suvarma sistemləri və s.) keyfiyyətinin artırılması ilə bağlıdır.

İkinci istiqamət əlverişli biznes mühitinin yaradılması, yüksək səviyyəli əmək müqavilələrinin bağlanması, müqavilə şərtlərinə əməl olunması, şəffaf məhkəmə sistemi və digər məsələlərlə bağlıdır.

Üçüncü istiqamət isə maliyyə vasitəçiliyinin və maliyyə bazarında rəqabətqabiliyyətliliyin artırılması üçün bazanın adekvat tənzimlənməsini özündə əks etdirir.

Aliyə Əzimova hesab edir ki, Azərbaycanın fiskal mövqeyi və ölkənin malik olduğu beynəlxalq valyuta ehtiyatlarının məbləği qısamüddətli perspektivdə regional iqtisadi çətinliklərə davam gətirməyə imkan verəcək. Bununla yanaşı, onun sözlərinə görə, hökumət və özəl sektor yeni münasibətlərə keçir. Bu isə iqtisadiyyatda özəl sektorun rolunu artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272