BİRJA

“Blockchain for Europe” assosasiyası yaradıldı
06 DEKABR
89

“Blockchain for Europe” assosasiyası yaradıldı

2018-12-06 16:48:00

Dörd kriptovalyuta şirkəti – Ripple, NEM, Fetch AI və Cardano “Blockchain for Europe” assosasiyasının yaradıldığını elan etdilər. Yeni yaradılan assosasiya Avropa Birliyi daxilində fəaliyyət göstərən şirkətlərlə işləyəcək və tənzimləyici orqanarla əməkdaşlıq edəcək. Kriptovalyuta şirkətləri artıq başa düşürlər ki, sektor üzrə tənzimləmələr artıq qaçınılmazdır və tənzimləmələrin qəbul oluanması onların fəaliyyəti üçün daha əlverişli şərait yarada bilər. Bu səbəbdən müvafiq qanunvericiliyin tərtib edilməsində dövlət tənzimləyicilərinə kömək etmək onlara fayda verəcək.

Blockchain for Europe həmçinin tədris materilları ilə AB-nin vətəndaşlarının blockchain texnologiyasının təbiəti və potensialı barədə məlumatlandırılmasını da planlaşdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255