BİRJA

Azərbaycan nefti ucuzlaşdı
29 NOYABR
127

Azərbaycan nefti ucuzlaşdı

2018-11-29 09:17:00

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 63,03 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,1 dollar/barel azdır.

Fins.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 61,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 27-də 57,56 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,12 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 27-də 59,38 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.

Eləcə də bax:Baş Nazirdən siqaret və alkaqollu içkilərlə bağlı QƏRAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256