BİRJA

Bitkoin ucuzlaşıb
11 OKTYABR
93

Bitkoin ucuzlaşıb

2018-10-11 14:18:00

Rəqəmsal pul bazarının ümumi kapitallaşması 16 milyard dollar azalıb, qısa müddətdə kriptovalyutaların əksəriyyəti dəyərlərinin 10 faizdən çox həcmində ucuzlaşıb.

Fins.az xəbər verir ki, bitkoinin məzənnəsi ani olaraq 240 dollar azalaraq 6330 ABŞ dolları səviyyəsinə enib. Hazırda 6270 dollara satılır. Beləliklə, 24 saat ərzində bitkoin 4,5 faiz ucuzlaşıb. Eyni müddətdə Ethereum 11 faiz, XRP da 13 faiz dəyər itirib.

Rəqəmsal pul bazarının bu səhər 217 milyard ABŞ dollarından çox olan ümumi dəyəri yenidən 200 milyard ABŞ dolları həddinədək azalıb. Ən dəyərli 100 rəqəmsal pulun cəmi ikisi, yəni QASH (2,6 faiz) və PİVX (5,45 faiz) hazırda “yaşıl zolaq”dadır.

Eləcə də bax: ABŞ şirkətləri sürətlə ucuzlaşır - Birjalarda nə baş verir ?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259