"ABŞ ilə Çin arasındakı danışıqlar yenidən gərgin mərhələyə qədəm qoyub".
Fins.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov rəsmi "facebook" hesabında yazıb. ABŞ tərəfindən 24 sentyabr tarixindən Çin mallarına tətbiqi nəzərdə tutulan rüsumların dünya iqtisadiyyatına təsirindən danışan ekspert bunları deyib:
"Tramp Administrasiyası gələn il 200 milyard dollarlıq Çin məhsullarına 10 faizlik gömrük vergisi tətbiq etmək niyyətindədir. ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi vergi Asiyanın aparıcı iqtisadiyyatı üçün 0,7 faizlik mənfi təsir deməkdir. Rəsmi Pekin cavab addımları haqda düşünür. Bununla belə, reallıq bundan ibarətdir ki, Tramp adiminstrasiyasının yeni gömrük vergi siyasəti 2020-ci ildə yeni qlobal böhrana səbəb ola bilər. Belə ki, Ağ Ev Çin ilə yanaşı həmçinin öz müttəfiqləri olan Kanada və Avropa Birliyinə də yeni vergilər tətbiq edir. İldə 162,2milyard dollarlıq neft idxal edən Çin qlobal neft tələbinin 18,6 faizini formalaşdırır. Bu isə o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbin də azalmasına gətirib çıxaracaq".
