BİRJA

"GameStop Corp"-dan pul qazanın
10 SENTYABR
279

"GameStop Corp"-dan pul qazanın

2018-09-10 20:35:00

GameStop Corp. video oyunların, istehlakçı elektronikasının və simsiz cihazların satışında tanınan  Amerika şirkəti,  səhmlərin satışını həyata keçirmək üçün maliyyə məsləhətçiləri cəlb etdiyini açıqladıqdan sonra, səhmlərinin qiyməti 15.7% artıb. Fins.az AzFinance investisiya şirkətinə istinadən xəbər verir ki, şirkət bu prosesdə kömək üçün Perella Weinberq tərəfdaşlarından istifadə etdiyini qeyd edib. DealReporter (Bloomberg) görə GameStop, şirkəti satmaq üçün rəsmi bir hərrac keçirir. Apollo Global Management və Sycamore Partners kimi özəl investisiya şirkətləri, şirkətin əldə edilməsi üçün əsas iddiaçılardan hesab olunur. Məlumat üçün bildirək ki, GME - GameStop Corp. -un gündəlik artımı +15.73% di. Şirkətin kapitallaşması isə  1.7 milyard dollardı. Bir səhmin qiyməti isə 16.26 dollardı. GME - GameStop Corp. -un 53 min işçisi var.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258