BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
14 AVQUST
372

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2018-08-14 17:45:00

14 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105013699ISIN-li, 30 mln. manat həcmində, 728gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%)və 97.3600 AZN (9.4800%)olan 11 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7422 AZN (11.0000%), orta ölçülmüş qiyməti 95.4449 AZN (10.5867%) müəyyən edilmişdir. Sifarişlərinnominal qiymətləümumi məbləği 46 451 500AZN, yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 11.08.2020-ci il.

Hərrac iştirakçıları 14 avqust 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258