BİRJA

“Bitcoin 70% dəyər itirib, amma yaxşı vəziyyətdədir”
11 İYUL
339

“Bitcoin 70% dəyər itirib, amma yaxşı vəziyyətdədir”

2018-07-11 14:51:00

“Binance”-ın təsisçisi Çanqpenq Zhao Bitcoin-in 2018-ci ilin əvvəlindən bəri 70% dəyər itirməsinə baxmayaraq, yaxşı vəziyyətdə olduğunu bildirib. 2017-ci ilin yanvarında 890 dollar olan Bitcoin, 2017-ci ilin dekabrında 20 min dollara çatdı. Bu da 2150%-dən artıq yüksəliş deməkdir.

Çanqpenq Zhao İsveçrədə verdiyi açıqlamasında “kriptovalyuta bazarı 1 il əvvələ görə daha yaxşı vəziyyətdədir. İnfrastrukturun etibarlılığı, həcmi iki dəfə artıb”, – deyə qeyd edib. Zhao 1 il əvvəl BTC qiymətinin 2500, həcminin isə 780 milyon dollar olduğunu xatırladıb. Hazırda isə 6800 dollara əməliyyat görən BTC-nin 3,4 milyard dollar həcmi var.

2017-ci ilin ortalarında kriptovalyuta sektorunun infrastrukturunun kifayət qədər yaxşı olmadığını söyləyə bilərik. Lakin son yeniliklərə baxdıqda, “Coinbase”-in tamamilə institusional investorlar üçün hazırladığı “Custody” quruldu və bu platforma vasitəsilə qorunma fondları, akademik investisiyalar və müntəzəm ödənişlər bitcoin və ether kimi dəyərlərlə həyata keçiriləcək.

“JPMorgan” və “Goldman Sachs” kimi iri banklar müştərilərinin kriptovalyuta tələblərini yoluna qoymaq üçün ciddi səy göstərirlər. Böyük banklar və təşkilatlar tənzimləmələri gözləyirlər və daha yaxşı addımlar atmağa fürsət axtarırlar. Nyu-Yorkda təşkil olunan iqtisadi konfransda “Goldman Sachs”-ın CEO-su Lloyd Blankfeyn kriptovalyutaların işləyən bir sisteminə uyğunlaşa bilməyəcəyi düşüncəsinin yanlış olduğunu bildirmişdi.

Bitcoin hara istiqamətlənib?

Builki eniş ərdi investorların həddindən artıq alışı ilə əlaqədar ola bilər. Kriptovalyutaların banklar, aparıcı iqtisadiyyatlar və ABŞ, Yaponiya və Cənubi Koreya kimi ölkələr tərəfindən tanınması kartlarının yenidən bölüşdürülməsinə gətirib çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256