BİRJA

Bitcoin-in qiyməti sıfıra enəcəkmi? - İDDİA
05 İYUL
312

Bitcoin-in qiyməti sıfıra enəcəkmi? - İDDİA

2018-07-05 17:46:00

Son vaxtlar Bitcoin bəzi tənqidlərə məruz qalır. Kriptovalyutanın gələcəyi ilə bağlı artan fikirlər, proqnozlar Bitcoin-in yeni rekord qıracağı və ya sıfıra enəcəyi istiqamətindədir.

Bitcoin haqqında hər gün yeni iddialar səsləndirilir. Bunlardan bəziləri müsbət, bəziləri isə mənfi məna ehtiva edir. Bitcoin-in son aylardakı performansına nəzər saldıqda, ortaya atılan mənfi fikirlərin böhtan və saxtakarlıq məqsədli olduğunu görərik.

Bitcoin ilin ən aşağı səviyyəsinə çatdıqdan sonra bir çox investorun itki yaşaması məyusluq yaratdı

Bəziləri bu enişi tezliklə Bitcoin-in tamamilə dəyərdən düşməsinin əlaməti kimi dəyərləndirdi. İnvestorlara bu yöndə xəbərdarlıqlar edildi.

Bitcoin-dəki dəyişikliklərə mənfi münasibət göstərən və hər hansı müsbət inkişafdan təsirlənməyən Nuryel Rubin kriptovalyutaları bəyənmədiyini bildirir. Onun fikirləri böyük diqqətə səbəb olur.

“Vanguard”-ın baş iqtisadçısı Coe Deyvis bloq yazısında Nuryel Rubinin fikirlərini dəstəkləyib. O, Bitcoin-in qiymətinin sıfıra enməsini ehtimal etdiyini vurğulayıb.

Bitcoin-in vaxtilə 20 min dollara yüksəldiyi də bir reallıqdır!

Bu nəticə, sürətli yüksəliş kriptovalyuta üçün böyük uğur idi. Cari qiymət daha da aşağı enə bilər, lakin Bitcoin-in tamamilə dəyərsizləşəcəyi absurd fikirdir.

Bitcoin-in ilin əvvələrində məruz qaldığı eniş tarixinin ən böyük itkilərindən sayılır. Ancaq yenə də rəqəmsal valyuta tamamilə məhv olmaqdan uzaqdır. Bitcoin 2013-cü ilin noyabrı və 2015-ci ilin yanvarı arasında 87% ucuzlaşaraq 1163 dollardan 152,40 dollara qədər gerilədi.

Həmin vaxtdan bəri Bitcoin və coinlərin arxasındakı əsas texnologiya kütləvi şəkildə dəyişib. Qiymət dəyişkənliyi bazarın bir parçasıdır. Ancaq Bitcoin-in sıfıra enməsi fikri məntiqli açıqlama ilə izah edilmədikcə, ciddiyə alınmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255