BİRJA

İranlılar ölkədən kriptovalyuta ilə 2.5 milyard dollar çıxarıblar
14 MAY
228

İranlılar ölkədən kriptovalyuta ilə 2.5 milyard dollar çıxarıblar

2018-05-14 11:32:00

İranlılar bitcoin və digər kriptovalyuta almağa üstünlük verməyə başlayıblar. Son 6 ay ərzində İran realı 25% dəyər itirib. Fins.az qərb mediasına istinadən xəbər verir ki, İranın maliyyə komissiyasının rəhbəri Muhəmməd Rza Purebrahimi 2.5 milyard dollar həcmində İran realının kriptovalyutalara çevrilərək ölkədən çıxarıldığını bildirib. Pul axının qarşısını almaq üçün hələ aprel ayında İran hökuməti kriptovalyutalarla əməliyyatları qadağan edib. Lakin iranlılar qanundan yan keçmək üçün ən çox Litecoin və monero kriptovalyutalarından istifadə edirlər.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259