BİRJA

Bitkoinlə ticarət bu ölkələrdə cinayət hesab olunur
19 APREL
180

Bitkoinlə ticarət bu ölkələrdə cinayət hesab olunur

2018-04-19 12:29:00

Dünyadakı 250 ölkədən 107-də aparıcı kriptovalyuta sayılan bitkoinlə ticarətə məhdudiyyət təqbiq edilmir. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuatda yazılıb. Məlumata görə, 10 ölkədə bitkoin alıb-satmaq qanunla qadağandır və cinayət hesab olunur. Bunlar Vyetnam, Vanuatu, Makedoniya, Qatar, Mərakeş, Ekvador, Boliviya, Banqladeş, Əlcəzair və Əfqanıstandır. 

Səkkiz ölkədə - Amerika Samoası, Çin, Misir, Hindistan, İndoneziya, Nepal, Səudiyyə Ərəbistanı və Zambiyada isə bitkoinlə ticarət məhdudlaşdırılıb. 

Qalan 125 ölkədə bitkoinə rəsmi münasibət barədə isə məlumat yoxdur. 

Bitkoni valyuta kimi tanıyan və tanımayan ölkələlərin tam siyahısı ilə https://coin.dance/poli linki vasitəsilə tanış olmaq mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254