BİRJA

"Global Precious Metals": Bu il qızıl bu məbləğə qədər bahalaşacaq
27 MART
201

"Global Precious Metals": Bu il qızıl bu məbləğə qədər bahalaşacaq

2018-03-27 13:04:00

2018-ci ildə dünya bazarında qızılın hər unsiyasının qiyməti 1 425 ABŞ dollarına qədər arta bilər. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb. Bu proqnozla "Global Precious Metals" - qiymətli metallar üzrə investisiya xidmətləri şirkətinin meneceri və ortağı Nikolas Matyer (Nikolas Mathier) çıxış edib. 

Onun fikrincə, kapital bazarlarında risklər, eləcə də ABŞ Prezidenti Donald Trampın son qərarlarının yaratdığı geosiyasi problemlər fonunda qızıla tələbat arta bilər. 

"Qızıla tələbat əsasən sistematik riskə və və yaxud qarşı tərəfin yaratdığı riskə qarşı tədbirlər çərçivəsində yaranır. Ötən il olduğu kimi bu il də səhmlərin qiyməti artacaq, amma bu dəfə volatillik çox yüksək olacaq. Bu il qızıla tələbat isı ötən illə müqayisədə yüksək olacaq", - deyə N.Matyer qeyd edib. 

Hazırda əmtəə birjalarında qızılın qiyməti 1 355 dollar/unsiya təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267