BİRJA

Xarici valyuta və qiymətli kağızların alqı-satqısı Mərkəzi Bankın müəyyən etdiyi qaydada tənzimlənməyəcək
10 FEVRAL
325

Xarici valyuta və qiymətli kağızların alqı-satqısı Mərkəzi Bankın müəyyən etdiyi qaydada tənzimlənməyəcək

2018-02-10 12:12:00

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib. Fins.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasizadə imzalayıb.

Qərara görə, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.5-ci bəndindən “Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və” sözləri çıxarılıb.

İndi xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı müvafiq qanunlarla tənzimlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259