BİRJA

Putin: Kripto valyuta marketi diqqətdən kənarda qalmamalı
16 YANVAR
240

Putin: Kripto valyuta marketi diqqətdən kənarda qalmamalı

2018-01-16 16:44:00

Rusiya prezidenti Vladimir Putin cümə günü verdiyi açıqlama ilə, kripto valyuta marketinin hüquqi tənzimləməsinin gələcəkdə məcburi hala gələcəyini deyib.

Putin verdiyi açıqlama ilə gələcəkdə belə bir marketin yaradılması üçün istəyini də dilə gətirib.

"Bu inkişaf Mərkəzi bankın qərarıdır. Yenə də uzun perspektivdə bu tərz bir inkişafın lazım olduğu qənaətindəyəm" deyərək Rusiya prezidenti sözlərinə davam edib.

"Kripto valyutalara qoyulan investisiyaların riski, sərmayə inkişaf etdirməsi ilə müqayisə edilə bilər. Sərmayə inkişaf etdirilməsində keçirilən saxtakarlıqların kripto valyuta dünyasında da reallaşmasına göz yuma bilmərik. Əgər dövlət olaraq tənzimləməyə getsək və bu tənzimləmələr qeyri-kafi qalsa kripto dünyasının istifadəçilərə gətirdiyi risklərdən də biz məsul olarıq. İndi isə bütün risk sərmayəçilərə aiddir..."

Maliyyə nazirinin müavini Aleksey Moiseev, verdiyi açıqlama ilə 2018-ci ilin sonuna qədər Rusiyada kripto valyuta və ICO dövranına bağlı yeni bir qanuni tənzimləmə gəlməsini gözlədiyini açıqlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273