BİRJA

Proqnoz: Bitkoin bu il 1 800 dollara kimi ucuzlaşa bilər
12 YANVAR
192

Proqnoz: Bitkoin bu il 1 800 dollara kimi ucuzlaşa bilər

2018-01-12 16:26:00

Qlobal kriptovalyuta bazarında böyük çöküş proqnozlaşdırılır. 

Fins.az xəbər verir ki, bu proqnozu "Wall Street"də fəaliiyət göstərən "Quinlan & Associates" konsaltinq şirkəti verib.

Şirkətin hesabatında bildirilir ki, bitkoinin qiyməti cari ilin dekabr ayınadək hazırkı səviyyədən, təqribən, 8 dəfə azalaraq 1 800 dollara enə bilər. 156 səhifəlik hesabatda bitkoinin qızıl kimi investisiya vasitəsi və ödəmə aləti funskiyası olaraq dəyərindən çox baha olduğu bildirilib: "İstehsal xərcləri və dəyər saxlama vasitəsi baxımından bitkoinin 2 161 dollar və 687 dollar qiyməti olduğu hesablanıb". 

Daha sonra qanuni satışda və "qara bazar"da istifadə olunma amillərini hesablamalara qatmaqla bitkoinin 1 780 dollar qiyməti olduğu ortaya çıxıb. Hesabatda qeyd olunub ki, kriptovalyuta bazarının kapitallaşmasının ilin sonunadək 70% daralaraq 223 mlrd. dollara enməsi gözlənilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301