BİRJA

Metak istiqrazları BFB-də listinqə qəbul edilib
08 YANVAR
215

Metak istiqrazları BFB-də listinqə qəbul edilib

2018-01-08 17:19:00

08 yanvar 2018-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “MET-AK”MMC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir:

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Emitent

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın ilkin ticarət qiyməti

Bazar seqmenti

1

AZ2001020273

faizli sənədsiz adlı təmin edilməmiş istiqraz

“MET-AK” MMC

2 000 (ədəd)

1 000 AZN

standart

Nominal dəyəri 2 mln. AZN olan istiqrazların tədavül müddəti 1 ildir və illik gəlirlik dərəcəsi 14%-dir. İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.

Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.

Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin emitentlərin məlumat bazası bölməsində (www.bfb.az) yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301