BİRJA

"Bitcoin"in qiyməti sabitləşəcək, IOTA və "Litecoin"də artım gözlənilir
12 DEKABR 2017
257

"Bitcoin"in qiyməti sabitləşəcək, IOTA və "Litecoin"də artım gözlənilir

2017-12-12 14:49:00

"Bitcoin"in qiymətinin bir müddət sabitləşəcəyi, əvəzində IOTA və "Litecoin" kimi kriptovalyutaların bahalaşacağı gözlənilir.

Analitiklər bildirir ki, Çikaqo birjasında (CBOE) bazar günü fyuçers əməliyyatlarına başlanılmasından sonra ilk gün volatilliklə üzləşən bitkoin bu gün 12% bahalaşıb. Lakin bitkoinin qiymətinin ilin sonuna kimi bir qədər geriləyəcəyi ehtimal edilir. Belə ki, investorların əksər hissəsi ilin sonu yaxınlaşdıqca öz mövqelərini bağlamaq və mənfəətlərini reallaşdıraraq 2017-ci ili tamamlamaq istəyəcəklər.

Analitik qrup hesab edir ki, bitkoinin qiymətinin ilin əvvəlindən 17 dəfə, son 5 ildə isə 3 400 dəfə artdığını nəzərə alsaq, bu kriptovalyutanın qiymətində artımın daha yumşaq şəkildə həyata keçəcəyini demək olar. Araşdırmalar göstərir ki, bundan sonra bitkoinin bir qanadı olan "Litecoin" və Almaniyada yaradılan IOTA-nın qiymətində sürətli artım olacağını göstərir.

"Litecoin" bütün dünyaya 0% komissiya ilə ödənişləri həyata keçirən internet-valyutadır. "Litecoin" açıq ilkin kod və qlobal ödəniş sistemi olub tam şəkildə mərkəzsizləşib və hökumətlər tərəfindən nəzarət edilmir. Riyaziyyat şəbəkəni qoruyur və insanlara öz maliyyəsini idarə etmək imkanı verir. "Litecoin" ən sürətli ötürülən və tez təsdiq olunan ödəniş sistemi olub yüksək saxlanma effektivliyinə sahibdir. 

IOTA isə 2015-ci ilin sonunda yaradılıb və internet əşyaları (İnternet of Things) üçün işlənib hazırlanıb. IOTA-nın blokçeynlər qarşısında üstünlüyü mikroödənişlərdə xərclərin olmamasındadır. Belə ki, blokçeynlərdə təsdiqlənmə yüksək komissiya, uzun müddət tələb edir. Burada təsdiq istifadəçilərdən tam ayrılıb və maynerlərə ödənişdən sonra həyata keçirilir. IOTA isə özünü dəstəkləyən sistemdir. Burada maynerlər yoxdur və istifadəçilər özləri öz köçürmələrini komissiya olmadan təsdiq edirlər.

Qeyd edək ki, "Litecoin" hazırda 250 dollara satılır. İlin əvvəlindən qiymət 55 dəfə artıb və təkcə bu gün 15,5% bahalaşıb.

IOTA isə 4,90 dollara satılır və kriptovalyuta birjasına daxil olduğu avqust ayının əvvəlindən qiymət artımı 18 dəfə təşkil edir. Bu gün isə IOTA-nın qiyməti 16,5% yüksəlib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273