BİRJA

Ethereum - İnternetin enerji qaynağıdır
05 DEKABR
209

Ethereum - İnternetin enerji qaynağıdır

2017-12-05 12:59:00

Ethereum nədir?

Artıq bütün dünyada kripto valyutalar geniş imkanlar əldə etməkdədir. İndidən bir çox ekspertlər gələcəyin pul vahidi olaraq kripto valyutaları görür. Bu isə o deməkdir ki, Kripto valyutalar kağız pulları birdəfəlik əbədiyyata qovuşdura bilər. Lakin bunun nə zaman baş verəcəyi hələki, heçkimə məlum deyil. Hazırda elə kriptavalyutalar arasında da kağız pullar da olduğu kimi rəqabət formalaşmaqdadır. Bu pullara tələbin artması kriptavalyutalar arasında rəqabətin yaranmasına səbəb olur. Hazırda ən bahalı kriptavlyuta olan Bitcoinin rəqibləri elədə az deyil. Bunlar arasında Ethereum-da var. Bəs Ethereum-un gələcəyi haqqında ekspertlər nə fikirləşir? Bəs Ethereum-un dəyəri nə qədərdir?

Ethereum yola salmaqda olduğumuz 2017-ci ildə dəyər qazanıb. Baxmayaraqki, 2015-ci ildən tanınır. Bu kriptavalyuta "altcoin" kimi görünsədə əslində digər altcoinlərə nəzərən daha çox yenilik gətirən bir sistemdir. Ethereum cəmiyyətə ilk dəfə yaradıcısı Vitalik Bunterin tərəfindən Şimali Amerikada Bitcoin konfransında təqdim edilib. 2016-cı ildə Ethereum, The DAO layihəsinin uğursuzluğu nəticəsində iki blok zəncirinə ayrıldı və beləcəEthereum Classic məhsulu ortaya çıxdı.

Dekabr-ın 1-i 2017-ci ildən etibarən Ethereum sisteminin pul vahidi olan bir (1) Ether 433 ABŞ dollarına bərabər oldu.

Ethereum Bitcoinin taxtını alabilərmi?

Ethereum qrupu tərəfindən edilən şərh bu sualı dəqiq bir şəkildə cavablandırdı.

"Əgər Bitcoini QIZIL, Litecoini GÜMÜŞ olaraq qəbul ediriksə, Ethereum NEFT- dir. Çünki Ethereumun altında yatan texnologiya dünyanın internet sistemindəki enerji qaynağı olacaq. Dünyada neft necə bir çox sektor və texnologiyada istifadə edilirsə Ethereum texnologiyası üçün də eynişey keçərlidir. Bu səbəblə biz Ether'kripto yanacaq' olaraq adlandırırıq. Ethereum platformasının ehtiyac duyduğu enerji Ether (ETH) ilə təmin ediləcək."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289