BİRJA

Mərkəzi Bank daha 100 milyon manatı yığacaq
11 İYUL
297

Mərkəzi Bank daha 100 milyon manatı yığacaq

2017-07-11 14:54:00

Sabah iyulun 12-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 100 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fins.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Qeyd edək ki, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notların ödəmə tarixi 09.08.2017-ci ildir.

Mərkəzi Bankın qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

Edilən dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285