BİRJA

Bitkoinin ucuzlaşması müvəqqətidir
16 İYUN
604

Bitkoinin ucuzlaşması müvəqqətidir

2017-06-16 13:50:00

Bitkoinin məzənnəsi 20%-ə yaxın aşağı düşüb. Fins.az-ın verdiyi xəbərə görə, virtual kriptovalyuta hazırda 2400 dollara satılır.

FED-in açıqlaması kriptovalyuta birjasına da təsir edib və hazırda bu sektorda ciddi dəyər itkisi yaşanır, ümumi dövriyyə 100 milyarddan aşağı düşüb. 3000 dolları görən Bitcoin 15 iyun tarixində 2100 dollar olub, altcoinlərsə ortalama 40%-lıq devalvasiyaya uğrayıb.

"Blokchain Azerbaijan"ın qurucusu, təlimçi- ekspert Qurbanəlı Ömərin dediyinə görə, bu gün bütün kriptovalyutalar əsasən dollarla alınır, yeni dollara rəqib kimi çıxış edir;

"Düzdür, birjalardan avro, yuan, rubl ve s. valyutalarla coin almaq mümkündür, ancaq bir gün dünyada tək kağız pul qalarsa, o da dollar olacaq. Lakin bu hal keçən ay da yaşanıb və müvəqqətidir. Bu böhran dəyərləndirə bilənlər üçün bir fürsətdir. Kriptovalyutalar heç bir mərkəzə, dövlətə bağlı deyildir, şəffafdır, izlənilə bilsə də müdaxilə edilə bilmir. Köçürmələri daha rahat ve sərfəlidir. 2009- cu ildən bu yana bu sektor ciddi inkişaf mərhələsi keçib ve hazırda bir çox ölkələrin mərkəzi bankları Blockchain texnologiyasını qəbul etdiklərini bəyan ediblər. Bu günə qədər real kriptovalyutalara yatırım edənlərin çoxu isə öz depozitlərini ən az 15- 20 dəfə və hətta daha da artıq dəyərləndirə biliblər.

Onu da qeyd edim ki, Bitkoinin düşməsinə təsir edən amillərdən biri də BTU deyilən bölünmə amilidir. O təsir edib. Yenə də deyirəm, bu müvəqqəti haldır. Bitkoin və bir çox altcoinlər önümüzdəki illərdə inanılmaz dəyər qazanacaqlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287