BİRJA

Neftin qiyməti hətta 60 dollara çatsa da belə, manat... – EKSPERTDƏN PROQNOZ
02 DEKABR
3265

Neftin qiyməti hətta 60 dollara çatsa da belə, manat... – EKSPERTDƏN PROQNOZ

2016-12-02 11:57:00
"OPEK-in hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir. Aydındır ki, neftin qiyməti manatın məzənnəsi üçün önəmlidir". 
Fins.az-ın verdiyi məlumata görə, bunu iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, manatın məzənnəsi üçün neftin qiyməti ilə yanaşı, Dövlət Neft Fondundan xərcləmlər səviyyəsi olduqca vacibdir.

Manat stabilləşə bilərmi?

"Çünki manatın taleyini artıq daha çox Mərkəzi Bankın intervensaiyası deyil, Neft Fondunun hərraca çıxardığı dollarların məbləği müəyyənləşdirir. Bu baxımdan, fondun xərcləmələrinin artmasl birbaşa dollar təklifini artırır və ya əksinə, "az xərcləmə- az dollar” deməkdir. Bu ilin 9 ayında 4 milyard dollar satan fond həmin müddətdə cəmi 3 milyard 823 milyon manat xərcləyib. Həmin müddətdə manatın dollara orta məzənnəsini nəzərə aldıqda bu o deməkdir ki, sözügedən dövrdə fondda orta hesabla 2 milyard 440 milyon manat milli valyuta artıqlığı olub. Təbii ki, fond belə manat artıqlığı prinsipi ilə uzun müddət hərraclara çıxa bilməz və bu sözügedən qurumun strategiyasına da tam uyğun gəlmir. Deməli, dövlət xərcləmələri və neft fondunun dollar satışı manatın məzənnəsi üçün yaxın illərdə əsas amil olacaq. Ehtiyatlarının 75 faizini itirən Mərkəzi Bank 4 milyard dollarlıq rezervi ilə artıq prosesə birbaşa müdaxilə etməkdə maraqlı görsənmir. Deməli, neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq və təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil".

Neftin qiyməti hətta 60 dollara çatsa belə... 

Mütəxəssis hesab edir ki, neftin dünya bazar qiyməti hətta 60 dollara çatsa da belə bu manatın möhkəmlənməsi üçün yetərli deyil: "Çünki bu halda da fondun qənaət prinsipi davam edəcək və nəticədə bazarda dollar qıtlığı olacaq. Eləcə də, 2017-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir. Deməli, fond gələn il daha az dollar satacaq. Ona görə də, neftin dünya bazar qiyməti manatın məzənnəsi üçün əhəmiyyətli olsa da belə hələlik mövcud qiymət valyuta bazarımıza təsir etmir və bizim qiymətləndirmələr göstərir ki, əgər neftin qiyməti kəskin artmazsa və bazara ciddi intervensiya olmazsa növbəti ildə də dollara tələbin artması fonunda manatın ucuzlaşması müşahidə ediləcək. Bütövlükdə, bu ilin ortalarında qeyd etdiyim kimi, gələn il Rusiya və Qazaxıstanda olduğu kimi Mərkəzi Bank mövcud məzənnə siyasətindən istifadə edib liberal üzən siyasətə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu halda isə, hətta neft fondunun mövcud transferləri də manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274