BİRJA

İnvestorların qiymətli metallar haqqında təsəvvürlərini kökündən dəyişəcək – YENİLİK
01 DEKABR
243

İnvestorların qiymətli metallar haqqında təsəvvürlərini kökündən dəyişəcək – YENİLİK

2016-12-01 16:57:00

Britaniya Kral sikkəxanası “CME Group” ilə tərəfdaşlığı çərçivəsində blokçeyn texnologiyasına əsaslanan və gələn il treyderlər üçün əlçatan olacaq qiymətli metallarla ticarət alətləri üzərində işləyir.

Yeni məhsulun adı Royal Mint Gold (RMG) olacaq. Bu, treyderlərin və investorların ticarət və qiymətli metallarla sazişlərin imzalanması haqqında təsəvvürlərini köklü şəkildə dəyişəcək.

Kral sikkəxanası əsrlər boyu formalaşan sınanmış reputasiyaya və unikal tarixə malikdir. Lakin bu günə qədər sikkəxanaya qızılla rəqəmsal ticarət imkanları təklif olunmayıb. “CME Group” ilə birlikdə yaradılan ticarət platforması satışın daha sürətli, ucuz və etibarlı üsullarını, eləcə də qızılın satışı və saxlanılmasını görmək istəyən müştərilərin tələblərini təmin edəcək.

Tədqiq edilən ticarət platforması ilboyu 24 saat ərzində işləyəcək. İlkin təklif kimi RMG-nin 1 milyard dollar dəyərində buraxılması planlaşdırılır. Sonradan buraxılış bazarın tələblərinə uyğun müəyyən ediləcək.

Kral sikkəxanasının tarixi 886-ci ildən hesablanır. Sikkəxana 500 ildən çox Tauer qəsrinin sərəncamında olub, sonradan Müqəddəs Məryəm abbatlığının onun üçün yenidən təchiz edilmiş binasına köçürülüb.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272