BİRJA

Dünya maliyyə bazarları ilə bağlı – HƏFTƏLİK ANALİZ
28 NOYABR
238

Dünya maliyyə bazarları ilə bağlı – HƏFTƏLİK ANALİZ

2016-11-28 14:21:00

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Son 2 həftədir EUR/USD məzənnəsinin sürətli eniş trendindən sonra cari həftənin başlaması ilə qismən bahalaşmağa başlayıb. Lakin Avropa iqtisadiyyatında inkişaf sürətinin zəif qalması və FED-in dekabr ayında faiz dərəcələrini artıra biləcəyi gözləntilərinin güclənməsi məzənnəyə yük olmaqda davam edəcəyi gözlənilir. InvestAZ analitiklərinin fikrincə, avro/dollar məzənnəsi 1.0450$-a kimi ucuzlaşarsa, əlavə olaraq 1.0270$-a kimi ucuzlaşa bilər. Eyni zamanda, bu həftənin cümə günü Bakı vaxtı ilə saat 17:30-da məzənnənin qiymətinə güclü təsir edə biləcək, Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik göstəricilər açıqlanacaq.

GBP

Cari həftənin başlaması ilə 1.2531$-a kimi bahalaşmağa başlayan GBP/USD cütlüyünün qiyməti də yenidən ucuzlaşa bilər. Dolların dünya valyuta birjalarında güclənməsi funt sterlinqin dollara nisbətən məzənnəsinə də təzyiq göstərir. Eyni zamanda, funt sterlinq almaq istəyən investorlar da bazarda daha ucuz qiyməti gözləyirlər. Beləliklə, qiymət 1.2430$-a kimi ucuzlaşa bilərsə, eniş trendini 1.2341$-a kimi də davam etdirə bilər.

TRY

Dolların Türk lirəsinə nisbətən qiyməti də tarixi rekord səviyyəsini yenidən 3.47TL ilə yeniləməkdə davam edir. Dolların dünya birjalarında güclənməsi və Türkiyə ilə Avropa Birliyi arasında siyasi gərginliklərin artması, USD/TRY məzənnəsinin də bahalaşmasına, yəni lirənin ucuzlaşmasına təsir edir. Məzənnə üzrə texniki təhlillər onu göstərir ki, qiymət 3.50TL- ə kimi də bahalaşa bilər.

OIL

Son 2 həftə ərzində sürətlə bahalaşan neft qiymətləri qismən korreksiyaya başlayıb. Lakin korreksiya müvəqqəti qiymətləndirilir və Avropanın Brent markalı neftinin bir barel qiymətinin 50$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Ümumiyyətlə, neft istehsalı dövlətləri və beynəlxalq təşkilatlar da neft qiymətlərinin gələcək bir il ərzində 50-55$ aralığında ola biləcəyini proqnozlaşdırırlar.

GOLD

Digər əmtəə birjalarında isə qızılın qiyməti ucuzlaşmaqda davam edir. InvestAZ analitiklərinin fikrincə, artıq 1170$-a (37.5 $/qram) kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti əlavə olaraq 1155$-a (37.0 $/qram) kimi də ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Mənbə: İnvestaz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272