BİRJA

Dünya maliyyə bazarları ilə bağlı həftəlik – ANALİZ
14 NOYABR
202

Dünya maliyyə bazarları ilə bağlı həftəlik – ANALİZ

2016-11-14 14:50:00

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Keçən həftə ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsi fonunda dolların qiyməti sürətlə ucuzlaşsa da seçkilərdən sonradan bahalaşmağa başladı. Dolların dünya valyuta birjalarında qiymətinin bahalaşması isə ABŞ iqtisadiyyatı ilə bağlı gözləntilərin artması ilə əlaqədardır. Dolların bahalaşması fonunda təzyiq altında qalan EUR/USD cütlüyünün məzənnəsi 1.07 və 1.06$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda bu həftənin cümə axşamı Amerikanın inflyasiya göstəricisi yayımlanacaq və xəbər bazarlar üçün böyük əhəmiyyətə malikdir.

GBP

ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsi fonunda dolların ucuzlaşması ilə funt sterlinqə tələb artmış və GBP/USD cütlüyünün məzənnəsi 1.2673$-a kimi bahalaşmışdır. Lakin cari həftə ABŞ və Böyük Britaniyada açıqlanacaq infyasiya göstəricilər investorlar tərəfindən böyük maraqla izlənilir və məzənnəyə müəyyən istiqamət verəcəyi gözlənilir. InvestAZ analitiklərinin cütlük üzrə qiymətin texniki təhlilləri isə onu göstərir ki, bu həftə Funt/Dollar məzənnəsi 1.2468$-dək 2% dəyər itirə bilər.

TRY

Dolların Türk lirəsinə nisbətən qiyməti tarixi rekord səviyyəsini yenidən 3.29TL ilə yeniləyib. Ümumiyyətlə Türkiyə iqtisadiyyatı yüksək inflyasiyadan və sənaye istehsalının azalması fonunda zəifləyib. Lakin InvestAZ analitiklərinin fikrincə, Dollar/Lirə qiyməti bu həftə ərzində sürətli bahalaşmasından sonra qismən, yəni 3.20TL və 3.16TL-ə kimi ucuzlaşa bilər. Bu həftənin çərşənbə axşamı Türkiyənin maliyyə nazirliyi tərəfindən büdcə balansı ilə bağlı statistik göstəriciləri də yayımlanacaqdır.

OIL

Dünya əmtəə bazarlarında neft təklifinin yenidən qismən artması enerji bazarlarında qiymətlərə təzyiq olmağa başlayıb. Lakin qiymətlərin 44$-a kimi ucuzlaşması müvəqqəti qiymətləndirilir və tələbatın artması ilə gələcək həftələr ərzində 49$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

GOLD

Dünya qiymətli metallar birjalarında qızılın qiyməti 1337$-dək (42.9 $/qram) dəyər qazandıqdan sonra 1227$-a (39.3 $/qram) kimi ucuzlaşıb. Dünyanın 3 ən böyük iqtisadiyyatlarına sahib ABŞ, Avrozona və Çində iqtisadi gözləntilərin artması, ehtiyat yatırım aləti kimi qızıla olan tələbi azaldıb. Bir unsiya üzrə qiymətin texniki təhlilləri isə onu göstərir ki, qiymət əlavə olaraq 1203$-a (38.6 $/qram) kimi də ucuzlaşa bilər.

Mənbə:InvestAZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274