BİRJA

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 OKTYABR
204

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

2016-10-10 15:47:00

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Keçən həftə ərzində 1.11$-a kimi ucuzlaşan EUR/USD cütlüyünün məzənnəsi cümə günü Amerikada işsizliyin artması xəbəri ilə yenidən bahalaşmağa başladı. Avroya tələbin artması fonunda qiymət 1.12$-ın üzərində möhkəmlənə bilərsə, yenidən 1.1280$ və 1.1365$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu həftə Amerika iqtisadiyyatının 3-cü rüb üzrə sentyabr ayı göstəriciləri də açıqlanacaqdır.

GBP

Böyük Britaniya funt sterlinqinin qiyməti keçən həftə ərzində təzyiq altında qalmaqda davam edib. Böyük Britaniya hökümətinin sərt BREXIT siyasəti iqtisadi və siyasi riskləri artırmaqla investorların funt sterlinqə olan inamını zəiflədir. Keçən həftə ərzində 1.16$-a kimi ucuzlaşan GBP/USD cütlüyünün qiyməti, dolların dünya birjalarında yenidən ucuzlaşması ilə 1.27$ və 1.28$-a kimi dəyər qazana biləcəyi gözlənilir.

TRY

USD/TRY valyuta cütlüyünün məzənnəsi keçən həftə ərzində InvestAZ analitiklərinin gözlədikləri kimi 3.06 TL-ə qədər bahalaşıb. Lakin dünya birjalarında dolların yenidən ucuzlaşmağa başlaması Dollar/Lirə məzənnəsinin də 3.03 TL-ə kimi ucuzlaşmasına səbəb olub. Beləliklə, qiymət 3.03 TL-nin altında qalarsa, əlavə olaraq 2.99 və 2.95 TL-ə kimi ucuzlaşa bilər.

OIL

Səudiyyə Ərəbistanının OPEC dövlətləri arasında neft hasilatının müəyyən səviyyədə dondurulması mövzusunda razılaşdırmağa çalışması, enerji bazarlarında neft qiymətlərinin bahalaşmasına səbəb olur. Artıq Avropanın Brent markalı neftinin bir barel qiyməti 53.31$-a kimi dəyər qazanıb və sürətli bahalaşmasından sonra 51.10 və 50.00$-a kimi korreksiya edə bilər.

GOLD

Qızılın dünya əmtəə bazarlarında qiyməti gözlənildiyi kimi 1241$-dək (39.77 $/qram) ucuzlaşıb. Lakin qiymətin texniki mənzərəsini təhlil edən analitiklər, gələcək günlərdə 1290$-a (41.35$/qram) kimi bahalaşmanın şahidi ola biləcəyimizi bildirirlər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Mənbə: İnvest-AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271