BİRJA

Neftin qiyməti 70 dolları ötməyəcək - BANK OF AMERİCA
03 OKTYABR
161

Neftin qiyməti 70 dolları ötməyəcək - BANK OF AMERİCA

2016-10-03 09:24:00

“Bank of America” Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaq barədə qərarının neft qiymətlərinə təsir edə biləcəyi, lakin qiymətin 70 dolları ötməyəcəyi qənaətindədir.

Bankdan edilən şərhdə OPEC-in gündəlik istehsalını 700 min barrel azaltmaq barədə qərarının neftin qiymətində bahalaşmaya səbəb olacağı bildirilir.

“Lakin OPEC-in hasilatı azaltması 2017-ci ilin ortalarına qədər “Brent” markalı neftin qiymətinin 70 dollar/barreli üstələməsinə səbəb olmayacaq”, - deyə bankın məlumatında deyilir.

“Bank of America” 2017-ci il üçün neftin orta qiyməti üzrə proqnozunun 61 dollar/barrel olduğunu açıqlayıb.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272