BİRJA

Qiymətli kağızlar vergidən azad olundu - Prezidentin Köməkçisindən AÇIQLAMA
16 SENTYABR
566

Qiymətli kağızlar vergidən azad olundu - Prezidentin Köməkçisindən AÇIQLAMA

2016-09-16 11:43:00

Maliyyə bazarlarını inkişafı üçün Azərbaycan höküməti daha bir addım atdı. Belə ki, qiymətli kağızların 3 il müddətinə vergidən azad olunması ilə bağlı güzəştə yenidən bazan hökumət, hazırda müddətsiz vergidən azadetmə ilə bağlı qərarını açıqladı. 

Fins.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov SOCAR istiqrazlarının təqdimat mərasimində belə bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, SOCAR-ın öz gəlirlərini Azərbaycan xalqı ilə bölüşməsinə imkan yaradan bu istiqrazlar həm də ölkədə qiymətli kağızlar bazarının inkişafına yeni təkan verəcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275