BİRJA

Xarici birjalar dollar ticarətində ehtiyatlı davranırlar
30 AVQUST
526

Xarici birjalar dollar ticarətində ehtiyatlı davranırlar

2016-08-30 11:31:00

Bu həftənin cümə günü Amerikanın əmək bazarı ilə bağlı önəmli iqtisadi məlumatlar yayımlanacaq. Bu məlumatlar fonunda isə dünya valyuta birjalarında hələ ki zəif hərəkətlilik müşahidə edilir. Beləliklə, dünya valyuta birjalarında FED-in pul-kredit siyasəti hələ də aparıcı mövzudur və bu səbəblə Amerika iqtisadiyyatı ilə bağlı açıqlanacaq xəbərlər daha böyük önəm kəsb edir. Lakin bu gün Amerikanın istehlakçı bazarı ilə bağlı göstəricinin açıqlanmasından sonra valyuta birjalarında ticarət aktivliyi qismən arta bilər.

Avro bazar ertəsi Amerika sessiyasında bahalaşsa da, bu gün Asiya sessiyasında yenidən ucuzlaşıb. Hal-hazırda 1.1172$ ətrafında ticarət olunan EUR/USD valyuta cütlüyü üzrə qiymət 1.1160$-ın üzərində möhkəmləndikcə, 1.1210 və 1.1240$-a kimi bahalaşa bilər.

Bu gün isə dünya valyuta birjalarında, xüsusilə də Amerika bazarlarında güclü hərəkətliliyə səbəb ola biləcək önəmli iqtisadi məlumat açıqlanacaq. Bu, Bakı vaxtı ilə saat 18:00-da yayımlanacaq Amerikada istehlakçı inamını ölçən göstəricidir və göstərici üzrə azalma proqnozlaşdırılır. 

Mənbə:İnvest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272