BİRJA

Neftin qiyməti ən azı 60 dollar olmalıdır
18 İYUL
240

Neftin qiyməti ən azı 60 dollar olmalıdır

2016-07-18 10:19:00

Baş ofisi Şotlandiyada yerləşən tədqiqat və məsləhət şirkət "Wood Mackenzie"nin hesabatına görə, ABŞ-dakı neft layihələrinin "neft qiymətlərinin aşağı olması və investisiya çatışmazlığı" səbəbindən 70%-inin ləğv edilməsi riski var. Layihələrin həyata keçirə bilməsi üçün neft qiymətləri ən azı 60 dollar olmalıdır.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, hesabata görə, ABŞ-da yekun investisiya qərarı qəbul olunmamış neft hasilatı layihələrinin həyata keçirə bilməsi üçün qlobal bazarlarda xam neft qiymətlərinin barrelinin 60 dollar və ya üzərində olması lazımdır.

Hesabtda, qiymətlərin hazırkı 50 dollar səviyyəsindən aşağı qalması halında, gələcək 10 il ərzində qlobal neft bazarının hasilat sarıdan korluq çəkəcəyi qeyd olunub.

ABŞ-da risk altındakı layihələrin çoxu istehsal xərci yüksək olan şist neftinə dair layihələrdir.

Son 2 ildir ki, davam edən aşağı neft qiymətləri səbəbilə istehsal xərclərinin dünya miqyasında bir barelə görə 19 dollara düşdüyü bildirilən hesabatda, bu məbləğin yetərli olmadığı qeyd edilib.

Hesabatda, şist nefti layihələri ilə yanaşı, dərin dənizlər üzrə investisiya layihələrinin də aşağı qiymətlərdən ciddi şəkildə əziyyət çəkəcəyi xəbərdarlıq edilib.

Hazırda neft qiymətlərinin 2 il əvvəllə müqayisədə 60 faiz aşağı səviyyədə olması səbəbilə ABŞ-ın xam neft hasilatı son 1 ildə gündəlik orta hesabla 1,2 milyon barrel azalaraq 8,4 milyon barrelə enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274