BİRJA

ABŞ birjalarında rekord göstəricilər qeydə alınıb
12 İYUL
417

ABŞ birjalarında rekord göstəricilər qeydə alınıb

2016-07-12 11:59:00

ABŞ fond birjalarındakı səhmlər, ölkənin müsbət makroiqtisadi göstəricilərinin açıqlanması fonunda artım göstərib, “S&P 500” indeksi isə tarixi rekord səviyyəyə çatıb. 

Fins.az "Report"-a istinadən ABŞ-ın 500 ən nüfuzlu şirkətini təmsil edən “S&P 500” indeksi 2 136,75 bəndə yüksələrək tarixi maksimumunu yeniləyib. Qeyd edək ki, indeksin bundan əvvəlki rekord səviyyəsi 2015-ci il mayın 19-da 2 134 bənd səviyyəsində qeydə alınıb. ABŞ-ın əsas indekslərindən olan “Dow Jones” indeksi isə 18 2283,79 bəndə qədər yüksəlib. “Dow-Jones” indeksinin maksimal səviyyəsi isə 2015-ci il mayın 19-da 18 351,36 bənd olub.

Xatırladaq ki, iyulun 8-də ABŞ-da iyun ayı üzrə kənd təsərrüfatı sektoru istisna olmaqla  iş yerlərinin sayının proqnozlaşdırılan 175 min nəfər əvəzinə 287 min nəfər açıqlanması ölkənin iqtisadi vəziyyətinin möhkəm olmasına dair gözləntiləri artırıb.

Qeyd edək ki, iyul ayının 26-27-də ABŞ Federal Ehtiyat Sisteminin(FES) növbəti iclası keçiriləcək. “Report” analitik qrupu bu iclasda FES-in uçot dərəcələrini qlobal bazarlarda baş verən dalğalanmalar və ABŞ iqtisadiyyatının tam dayanıqlı inkişaf göstərməməsi səbəbindən artırmayacağını düşünür. Bununla yanaşı bu gündən etibarən ABŞ şirkətlərinin 6 aylıq mənfəət göstəricilərinin açıqlanmağa başlanması ABŞ fond birjalarında rekordların yenilənməsinə səbəb olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271