BİRJA

Daha 10 milyon manatlıq dövlət istiqrazları - SATILACAQ
08 İYUL
264

Daha 10 milyon manatlıq dövlət istiqrazları - SATILACAQ

2016-07-08 19:29:00

İyulun 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə fins.az-a BFB-dən məlumat verilib. Məlumata görə, hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 100 min istiqraz çıxarılacaq. İstiqrazların ödəmə tarixi 11 oktyabr 2016-cı ildir. 

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.

Dövlət Qısamüddətli İstiqrazları (DQİ), üzrə hərrac və istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

 

Hərracın keçirilməsi tarixi

12.07.2016

Dövlət istiqrazının növü

DQİ

Qiymətli kağızın İSİN kodu

AZ0101004510

Ümumi həcmi (manat)

10 000 000

Bir istiqrazın nominal dəyəri (manat)

100

İstiqrazların tədavül müddəti

91 gün

Faiz gəliri

-

Faiz gəlirinin ödəniş tarixləri

-

Ödəmə tarixi

11.10.2016

Hərracın baş tutması üçün toplanmalı olan sifarişlərin həcmi

(hərraca çıxarılmış istiqraz həcminə nəzərən)*

-

Anderrayter

Paşa Kapital İŞ ASC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275