BİRJA

Neft ucuzlaşdı
24 İYUN
196

Neft ucuzlaşdı

2016-06-24 10:33:00

Britaniyada bu ölkənin Avropa İttifaqının tərkibində qalıb-qalmaması ilə bağlı keçirilmiş referendum neftin qiymətinə təsir göstərib. Fins.az-ın "Report"-a istinadən xəbər verir ki, referendumdan sonra WTI neftinin bir barelinin qiyməti ucuzlaşıb.

Belə ki, səsvermələrdən sonra WTI neftin qiyməti 50 dollardan aşağı enib. Bəzi mənbələr hətta WTI neftin qiymətinin hətta 49 dollardan, Brent neftin qiymətinin isə 50 dollardan aşağı düşdüyünü qeyd edirlər.

Qeyd edək ki, Birləşmiş Krallıqda 382 dairənin bir neçəsində keçirilmiş referendumun indiyə qədərki nəticələri məlum olub. Belə ki, Britaniyanın Aİ-dən çıxmasının tərəfdarlarının sayı hələlik 370 min 404 nəfər, ölkənin ittifaqda qalmasının tərəfdarları isə 344 min 535 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275